oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə gəlir və xərclərinə dair məlumat

28 Jan 2014 11:58:38

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üzrə gəlir və xərclərinə dair məlumat

28 Jan 2014 11:58:38

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri13 600,5 milyon manat, büdcə xərcləri isə12 302,7milyon manat təşkil etmişdir.

2013-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 119,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 108,0 milyon manat, akrhesabı ödənişlər 1,8 milyon manat, tranzit gəlirləri 8,1 milyon manat, bonus ödənişləri 1,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri43,0 milyon manat təşkil etmişdir.

Hesabatdövrüərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 25,7 milyon manat vəsait ayrılmışdır. 33,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. "Star" neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat vəsait yönəldilmişdir. 2013-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 47,5 milyon manat təşkil etmişdir.

2014-cü il yanvarın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4milyon ABŞ dolları) nisbətən5,1% artaraq 35 877,5 milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 yanvar2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası)təşkil etmişdir.

Xəbərlərə abunə ol