oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat

20 May 2014 06:18:17

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat

20 May 2014 06:18:17

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri3 005,0 milyon manat, büdcə xərcləri isə2 443,3 milyon manat təşkil etmişdir.

2014-cü ilin ilk 3 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 006,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 991,2 milyon manat, tranzit gəlirləri 2,3 milyon manat, bonus ödənişləri 13,3 milyon manat təşkil etmişdir.

Hesabatdövrüərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 2 342,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 5,1 milyon manat vəsait ayrılmışdır. 3,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 16,9 milyon manat təşkil etmişdir.

Cari ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq Neft Fondunun Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunmuşdur. Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq Fondun vəsaitlərinin idarə olunması cari ilin birinci rübü ərzində 1,8 milyon manat həcmində zərərlə nəticələnmişdir. Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş vermiş və 2014-cü ilin 1 yanvar - 15 may tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 milyon manat təşkil etmişdir.

2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri10,1 milyon manat təşkil etmişdir. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 60,8 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil etmişdir.

2014-cü il aprelin 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5milyon ABŞ dolları) nisbətən2,07% artaraq 36 618,4 milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 aprel2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası)təşkil etmişdir.

Xəbərlərə abunə ol