oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə yeni Memorandum imzalanmışdır

10 Jun 2014 05:56:10

MHŞT üzrə yeni Memorandum imzalanmışdır

10 Jun 2014 05:56:10

2014-cü il iyun ayının 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.

İclas zamanı tərəflər – MHŞT üzrə Komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyası arasında yeni “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandum imzalanmışdır.

Memorandumun imzalanması ilə ölkədə MHŞT Standartına uyğun yeni hesabatlılıq mərhələsinə (2013-cü il üzrə) start verilmişdir.

İclasda eyni zamanda MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılması, MHŞT-nin tətbiqinə dair hüquqi bazanın yaradılmasıilə bağlıməsələlər müzakirəedilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol