2014-cü iliyulun 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə “Şimada Soncuku” təşkilatının rəhbəri və Çiba Ticarət Universitetinin rektoruHaruo Şimadanın başçılıq etdiyi yapon iş adamlarından ibarət nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.