2014-cü il28 aprel-1 may tarixlərində İran Milli İnkişaf Fondunun Direktorlar Şurasının üzvü və sədr müavini Seyid Qasem Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində İran nümayəndə heyəti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilmişdir.
Səfərin məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondununfəaliyyəti ilə daha yaxından tanış olmaq, Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində Neft Fondunun təcrübəsini öyrənmək, Santyaqo Prinsiplərinə əməl edilməsi və bu sahədə hesabatlılıq prosesi ilə daha yaxından tanış olmaqdan ibarət olmuşdur.
Görüşlərdə həmçinin qonaqları maraqlandıran suallar, qarşılıqlı əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.