oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru ilə BMT İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi qrupu nümayəndə heyəti arasında görüş keçirilmişdir

26 Aug 2014 15:11:24

Neft Fondunun İcraçı direktoru ilə BMT İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi qrupu nümayəndə heyəti arasında görüş keçirilmişdir

26 Aug 2014 15:11:24

2014-cü il avqustun 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi qrupu nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat vermişdir.

Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırmışdır.

Xəbərlərə abunə ol