2014-cü ilnoyabr ayının 3-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Macarıstanın Xarici İşlər və Ticarət naziri cənab Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.