oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir

20 Nov 2014 14:00:26

Neft Fondunun İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun iclasında iştirak edir

20 Nov 2014 14:00:26

2014-cü il noyabr ayının 19-20-dəQətərin paytaxtı Doha şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) altıncı iclası keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Xəbərlərə abunə ol