oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üzrə gəlir və xərclərinə dair məlumat

09 Feb 2015 08:40:10

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üzrə gəlir və xərclərinə dair məlumat

09 Feb 2015 08:40:10

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2014-cü il ərzində Neft Fondunun büdcə gəlirləri12 731,0 milyon manat, büdcə xərcləri isə10 117,2milyon manat təşkil etmişdir.

2014-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 387,2 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində, Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 337,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 80,2 milyon manat vəsait ayrılmışdır. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 57,1 milyon manat vəsait ayrılmışdır. 33,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. "Star" neft emalı kompleksinin tikintisi üzrə 223,5 milyon manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 40 milyon manat vəsait ayrılmışdır. 2014-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 45,9 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 1 611,9 milyon manat təşkil etmişdir.

2015-ci il yanvarın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,42% artaraq 37 104,1 milyon ABŞ dollarına bərabər olmuşdur.

Xəbərlərə abunə ol