2015-ci il may ayının 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
Təbii Ehtiyatların İdarə Edilməsi İnstitutunun prezidenti, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü Daniel Kaufmanın qonaq qismində iştirak etdiyi iclasda 2013-cü il üzrə MHŞT Hesabatı, 2014-cü il üzrə İllik Fəaliyyət hesabatı, MHŞT-nin Azərbaycanda tətbiqinin gələcəyi və digər məsələlər müzakirə olunmuşdur.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.