2015-ci ilmayın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Görüş zamanı tərəflər əlverişli biznes imkanları, perspektivli investisiya layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.