2015-ci il oktyabr ayının 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sanz arasında görüş keçirilmişdir.
İ. Məmmədov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə Azərbaycan və Kosta-Rika arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.