2015-ci il noyabr ayının 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink arasında görüş keçirilmişdir.
Şahmar Mövsümov xanım Brinkə Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat vermişdir.
Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır.