oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib

25 Dec 2015 15:37:29

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib

25 Dec 2015 15:37:29

2015-ci il dekabr ayının 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

İclas zamanı MHŞT-nin tətbiqi üzrə 2015-ci il üçün iş planının icrası, MHŞT-nin tətbiqi üzrə 2016-cı il üçün iş planının layihəsi, 2014-cü il üçün MHŞT hesabatı üzrə Müstəqil Administratorun rəyinin layihəsi, SOCAR-ın 2013-cü il üzrə kvazi-fiskal əməliyyatlarına dair QHT Koalisiyası tərəfindən aparılan araşdırmalar, ÇQ-nin Etik Davranış Kodeksinin layihəsi ətrafında müzakirələr aparılıb.

İclasda ÇQ üzvləri tərəfindən mədən sənayesi üzrə şirkətlərin “məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin” əhəmiyyətliliyi müəyyən edilərək MHŞT hesabatlarının kontekstual məlumatlarına daxil edilməsi qərara alınıb. İclas iştirakçıları, həmçinin Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun bərpa edilməsi üçün nəzərdə tutulan fəaliyyət planının icra vəziyyəti ətrafında müzakirələr aparıb və bununla bağlı müvafiq qərar qəbul ediblər.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol