Bugün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 35 banka satılmışdır.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.