Bugün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 193 milyon 896 min ABŞ dolları məbləğində vəsait 28 banka satılmışdır.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.