2016-cı il iyun ayının 28-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri cənab Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.