oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın iclası keçirilir

21 Sep 2016 08:33:00

Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın iclası keçirilir

21 Sep 2016 08:33:00

2016-cı ilin 20-21 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilir.

Aparıcı suveren və pensiya fondlarının, eləcə də investisiya idarəetmə şirkətlərinin təmsilçiləri Bakıda toplanaraq maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə edirlər. Tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak edir. İştirakçılar arasında dövlət maliyyə qurumları – “CDC International Capital” (Fransa), Dubay İnvestisiya Korporasiyası (Birləşmiş Ərəb Əmirlikləri), Dövlət İnvetisiya Fondu (Səudiyyə Ərəbistanı), Hindistan Milli İnvestisiya və İnfrastruktur Fondu, Hollandiya Pensiya Fondu (APG), İpək Yolu Fondu (Çin), İthmar Kapital (əvvəlki Mərakeş Turizm İnkişaf Fondu), Koreya İdxal-İxrac Bankı, Koreya İnvestisiya Korporasiyası, Qətər İnvestisiya Qurumu, Qazaxıstan Milli Bankının Milli İnvestisiya Korporasiyası, Nigeriya Suveren İnvestisiya Fondu, Rusiya Birbaşa İnvestisiya Fondu, Rusiya-Çin İnvestisiya Fondu, “Samruk-Kazyna” (Qazaxıstan), beynəlxalq maliyyə qurumları – Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, dünyanın qabaqcıl özəl maliyyə qurumları – “Carlyle Group” (ABŞ), “Citigroup” (ABŞ), Keppel Korporasiyası (Sinqapur), Neuberger Berman (ABŞ) və “Partners Group”un (ABŞ) nümayəndələri vardır.

Koreya İnvestisiya Korporasiyası tərəfindən 2014-cü ildə yaradılmış CROSAPF müxtəlif ölkələrdən olan investorlar, vəsaitləri idarə edən şirkətlər və beynəlxalq maliyyə institutları arasında birgə investisiya və əməkdaşlığı nəzərdə tutan platformadır. 2016-cı il Sammitində makroiqtisadi və siyasi mühit, birgə investisiyalar sahəsində əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında investisiya imkanları, həmçinin “Bir kəmər, Bir yol” layihəsinin maliyyələşdirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

2017 və 2018-ci il CROSAPF-ın illik sammitləri müvafiq olaraq Dubay İnvestiya Korporasiyasının təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və İthmar Kapitalın təşkilatçılığı ilə Mərakeş Krallığının Mərakeş şəhərində keçiriləcəkdir.

Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masa

CROSAPF 2014-cü ildə baş və məhdud səlahiyyətli ortaqlar, investisiya bankları və korporasiyalar arasında birgə investisiyaların müəyyən olunması, etimadın yaradılması və uğurlu əməkdaşlığın təşkili istiqamətində yaradılmış əyani platformadır. Bu platforma gələcək nəsillərin rifahı naminə birgə investiyaları təşviq və təbliğ edir.

ARDNF

Azərbaycan Respublikası Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə hüquqi şəxs qismində yaradılmış büdcədənkənar dövlət təsisatıdır. ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi təşkil edir. Daha ətraflı: http://www.oilfund.az/


Xəbərlərə abunə ol