oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat

12 Oct 2016 16:16:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat

12 Oct 2016 16:16:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 618,6 milyon manat, büdcə xərcləri isə 3 823,1 milyon manat təşkil etmişdir.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 612,3 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat vəsait ayrılmışdır. 20,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılmışdır. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 milyon manat təşkil etmişdir.

2016-cı il oktyabrın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 6,7% artaraq 35 822,1 milyon ABŞ dollarına (Bu vəsaitin 33 949,6 milyon ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 872,5 milyon ABŞ dollarına bərabər olmuşdur) bərabər olmuşdur.

Xəbərlərə abunə ol