oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

30 May 2018 15:40:53

Azərbaycan Respublikası Dövlət Neft Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

30 May 2018 15:40:53

30 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov, tarix elmləri doktoru,Azərbaycan Milli Elmlər AkademiyasınınA.Bakıxanov adına Tarix İnstitutunun"Qafqaz tarixi" şöbəsinin müdiri İradə Bağırova iştirak edib.

Tədbirdən öncə Fondun əməkdaşları ARDNF-nin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin heykəli önünə əklil və güllər qoymuş, onun xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Azərbaycan Xalq Cümhuriyyətinin bütün müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olmasını qeyd etmişdir, Xalq Cümhuriyyətinin müasir Azərbaycanın dövlətçilik və ictimai-siyasi tarixində rolu barədə tədbir iştirakçılarına məlumat vermişdir.

İcraçı direktor qeyd etmişdir: “XX əsrdə ikinci dəfə müstəqiliyini elan etdikdən sonra Azərbaycan dövləti özünü Cümhuriyyət ideyalarının davamçısı və onun sələfi elan etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilən üçrəngli bayraq sonralar müstəqil Azərbaycanın dövlət bayrağı kimi təsdiqləndi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bir daha ölkə rəhbərinin tariximizə, keçmişimizə və dövlətçilik prinsiplərinə yüksək sadiqliyinin göstəriciləridir”.

Daha sonra tədbirdə çıxış edən İradə Bağırova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, həmin dövrdə mövcud vəziyyət, “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi və Cümhuriyyətin süqutu ilə bağlı maraqlı mühazirə ilə çıxış etmişdir.

Mühazirənin sonunda İ. Bağırova tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirin sonunda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın prodüsserliyi ilə çəkilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.

Xəbərlərə abunə ol