oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər edilib

31 Aug 2020 18:05:00

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər edilib

31 Aug 2020 18:05:00

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinə dəyişikliklər edilib.

Fərmana uyğun olaraq ARDNF-nin 2020-ci il üçün büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Fondun büdcə gəlirləri 12 384 088,2 min manatdan 7 832 893,4 manata qədər azaldılıb və büdcə xərcləri isə 11 589 910,3 min manatdan 12 439 910,3 min manata qədər artırılıb.

Müvafiq olaraq Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər üzrə gəlir maddəsi 10 563 404,5 min manatdan 6 646 940,7 min manata qədər azaldılıb, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər üzrə gəlir maddəsi 4 692,0 min manatdan 6 752,4 min manata qədər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə maddə 19 380,0 min manatdan 21 080,0 min manata qədər, neft–qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar üzrə gəlir maddəsi 765 340,0 min manatdan 767 777,4 min manata qədər artırılıb, eyni zamanda Fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən vəsaitlərlə bağlı gəlir maddəsi 1 031 271,7 min manatdan 390 342,9 min manata qədər azaldılıb.

Fərmana əsasən ARDNF-nin 2020-ci il üzrə büdcəsinin xərc istiqamətlərində Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi üzrə xərc maddəsi 11 350 000,0 min manatdan 12 200 000,0 min manata qədər artırılıb.

Xəbərlərə abunə ol