Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.
ARDNF-nin 2020-ci il üzrə illik hesabatında Fondun idarəetmə və şəffaflıq prinsipləri, ARDNF-nin ölkə iqtisadiyyatındakı rolu, 2020-ci il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-nin konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Cənab Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatmış və 30 il sonra doğma torpaqlarımızda- Qarabağda üçrəngli bayrağımız yenidən dalğalanmışdır. Şanlı zəfərimizin 1-ci il dönümünə həsr olunmuş bu hesabat " Qarabağ" dizayn konseptində hazırlanmışdır.
Hesabatlarla aşağıdakı linklərdə tanış ola bilərsiniz:
ARDNF-nin 2020-ci il üzrə illik hesabatı: https://www.oilfund.az/report-and-statistics/get-download-file/7_2020_tam.pdf
Maliyyə fəaliyyətinin auditinin nəticələri: https://www.oilfund.az/report-and-statistics/get-download-file/8_2020.pdf