Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nümayəndələri 16 aprel 2024-cü il tarixində ADA Universitetində keçirilən Karyera hazırlığı həftəsinin açılış mərasimində iştirak edib.
Ümumilikdə, 20 şirkət və qurumun təmsil olunduğu və 430 tələbənin iştirak etdiyi Karyera hazırlığı həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək və onların lazımi bilik və bacarıqlara yiyələnməklərinə yardımçı olmaqdan ibarətdir. Səkkiz gün davam edəcək təlim və seminarlar çərçivəsində Fondun yüksəkixtisaslı peşəkarları tərəfindən tələbələrə ARDNF-nin investisiya portfeli, fəaliyyəti, ƏSİ (ESG) prinsipləri, şəxsi brendinq, rəqəmsal kommunikasiyalar, əmək bazarının tələbləri, karyera yüksəlişi strategiyaları və bu kimi mövzularda ətraflı məlumat təqdim olunacaqdır.
Karyera hazırlığı həftəsinin çərçivəsində xüsusi seçim prosesindən keçən tələbələr ixtisaslarına uyğun olaraq ARDNF-nin təcrübə proqramında iştirak imkanı əldə edəcəkdir.