25 iyul 2024-cü il tarixində ARDNF və Azərbaycan Mətbuat Şurası tərəfindən Fondun yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında keçirilən analitik yazı müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Dövlət Neft Fondunda təşkil olunmuş tədbirdə ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova, Mətbuat Şurasının üzvləri və jurnalistlər iştirak ediblər.
ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov öz çıxışında qalibləri təbrik edib və qeyd edib ki, Dövlət Neft Fondunun fəaliyyət göstərdiyi 25 il ərzində media, qurumun ən önəmli tərəfdaşlarından biri kimi çıxış edib. Media ilə əməkdaşlığın şəffaflıq və hesabatlılıq prinsipi əsasında qurulduğunu qeyd edən Bəhruz Bəhramov ARDNF-nin fəaliyyət xüsusiyyətlərinin daim media nümayəndləri tərəfindən dolğun şəkildə işıqlandırıldığını bildirərək uzunmüddətli məhsuldar əməkdaşlığın bundan sonra da davam edəcəyinə inandığını vurğulayıb.
Jurnalistləri təbrik edən Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova Dövlət Neft Fondu ilə əməkdaşlıqdan məmnuniyyət duyduğunu və analoji müsabiqələrin media mənsublarının inkişafında və fəaliyyət göstərdikləri sahə üzrə ixtisaslaşmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Müsabiqə çərçivəsində 22 iyun - 20 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində media nümayəndələri tərəfindən ümumilikdə 35 müraciət daxil olmuş,ARDNF və Azərbaycan Mətbuat Şurasının əməkdaşlarından ibarət münsiflər heyətinin ortaq qərarı ilə ilk üç yerin qalibi və həvəsləndirici mükafata layiq görülən beş yazı daxil olmaqla ümumilikdə 8 yazı yüksək qiymətləndirilmişdir. Müsabiqə qalibləri aşağıda təqdim olunur:
Həvəsləndirici mükafatlar:
Mükafata layiq görülən jurnalistlər tədbir zamanı çıxış edərək hər iki qurumun nümayəndələrinə minnətdarlığını bildirib və bu kimi müsabiqələrin Azərbaycan jurnalistlərinin fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.