oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

20 Sep 2025 11:50:00

ARDNF Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

20 Sep 2025 11:50:00

ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Strateji investisiya və maliyyələşdirmə: Dövlət-özəl tərəfdaşlığı və sinerji imkanlarının açılması” başlıqlı paneldə çıxış edib.

Çıxışında Rövşən Cavadov dövlət investisiya siyasətinin formalaşmasında suveren sərvət fondlarının dolayı roluna diqqət çəkərək, ARDNF-nin maliyyə sabitliyinin təmin olunması, etibarlı institusional mühitin yaradılması və uzunmüddətli investor etimadının dəstəklənməsi istiqamətində fəaliyyətini vurğulayıb.

O, Fondun həm makroiqtisadi sabitliyin qorunmasında, həm də infrastruktur, insan kapitalı və sosial rifah sahələrində maliyyələşdirdiyi layihələr vasitəsilə özəl sektorun inkişafı üçün əlverişli zəmin yaratdığını qeyd edib. Həmçinin beynəlxalq tərəfdaşlarla qurulan əlaqələrin bilik, texnologiya və kapital transferi baxımından ölkə iqtisadiyyatına potensial töhfələri də diqqətə çatdırılıb.

Xəbərlərə abunə ol