Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2001-ci il iyunun 30-dək fondun hesabına 368 546 min ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Bu vəsaitin 270 965 min ABŞ dolları 2001-ci ilin yanvar ayının 4-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xüsusi bank hesabından fonda köçürülmüş və Fondun açılış balansını təşkil etmişdir. Yerdə qalan 97 581 min ABŞ dolları vəsaitin 89 782 min dolları mənfəət neftinin satışından, ixrac boru kəmərləri üzrə tranzit haqqından, akrhesabı ödənişlərdən və icarə haqqından daxil olmuş, 7 799 min dolları isə fondun vəsaitinin idarə edilməsindən əldə edilmişdir.
Dövlət Neft Fondunun idarə edilməsi, o cümlədən aparatının saxlanılması ilə bağlı xərclər 35 min ABŞ dolları təşkil etmişdir.
2001-ci il 30 iyun tarixinə olan vəziyyətə görə, Neft Fondunun hesabının qalığı 368 511 min ABŞ dolları təşkil edir.