oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-in auditini Ernst ənd Yanq (Ernst & Young) şirkəti keçirəcək

19 Apr 2002 11:00:00

ARDNF-in auditini Ernst ənd Yanq (Ernst & Young) şirkəti keçirəcək

19 Apr 2002 11:00:00

Azərbaycan Respublikası Prezidentinin razılığına uyğuq olaraq ARDNF-in 31 Dekabr 2001-ci il tərixinədək olan maliyyə fəaliyyətinin auditinin keçirilməsi üçün auditor kimi Ernst & Young şirkəti təyin edilmişdir. Auditor şirkəti, 2002-ci ilin Fevral ayında Fond tərəfindən elan edilmiş açıq tenderin nəticələrinə uyğun olaraq seçilmişdir. Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşqul olmaq üçün lisenziyası olan aşağıdakı şirkətlər tenderdə iştirak üçün təkliflərini təqdim etmişdirlər:

Arthur Andersen LLC, Azərbaycan
Ernst & Young (MDB) LTD, Azərbaycan
Central Asia Business Consultants LTD (Deloitte and Touche, Rusiya ilə birgə)
Prisewaterhouse Coopers, Azərbaycan

Təklif zərfləri Fondun Tender Kommisiyası və şirkətlərin təmsilçilərinin iştirakı ilə 28 Fevral 2002-ci il saat 15:00-da Fondun inzibati binasında açılmışdır. Təkliflər, hər birisi maksimum 50 hal toplamaq şərtilə həm texniki və həm də maliyyə meyarları əsasında dəyərləndirilmişdir.

Yekun nəticələr aşağıda göstərilmişdir:

Şirkət

Hal

Təklif

Dərəcə

Maliyyə

Texniki

Ernst & Young (CIS) LTD

50

34

USD6,100

1

Pricewaterhouse Coopers

40

32

USD7,552

2

Arthur Andersen LLC

21

42

USD12,500

3

Central Asia Business Consultants LTD

4

15

USD20,272

4

Xəbərlərə abunə ol