oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-in Müşahidə Şurasının ikinci iclası

16 Nov 2002 07:00:00

ARDNF-in Müşahidə Şurasının ikinci iclası

16 Nov 2002 07:00:00
Dövlət Neft Fondunun Müşahidə Şurasının ikinci iclası 2002-ci il 16 noyabr tarixində Bakı şəhərində keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən Müşahidə Şurası geniş müzakirədən sonra Neft Fondunun İcraçı Direktorunun təqdim etdiyi ARDNF-in 2003-ci il üçün budcəsinin layihəsini bəyəndi və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını tövsiyə etdi. Müşahidə Şurasının üzvləri tərəfindən bildirildi ki, ARDNF-in 2003-ci il üçün büdcəsi, ölkənin 2003-cü il üçün nəzərdə tutulmuş icmal büdcəsinin (dövlət büdcəsi üstəgəl dövlət büdcədənkənar fondların büdcələri) tərkib hissəsi olaraq ölkənin ənənəvi neft və qaz sektorunun tarazlı inkişafını və son illərdə əldə edilmiş makroiqtisadi və maliyyə sabitliyini təmin etməklə yanaşı yoxsulluğun azaldılması və əhalinin aztəminatlı təbəqəsinin maddi təminatının yaxşılaşdırılması, rəqabətqabilliyyətli qeyri-neft sektorunun təşviqi və dərin struktur islahatların həyata keçirilməsi kimi məqsədləri güdərək, Azərbaycanın uzunmüddəli sosial-iqtisadi inkişaf prioritetlərini əks etdirir.

Müşahidə Şurasının iclasında eyni zamanda Neft Fondunun valyuta vəsaitinin idarə olunması haqqında Fondun İcraçı Direktorunun hesabatı dinlənildi, habelə Neft Fondunun investisiya portfelinin valyuta tərkibi müzakirə edildi. Şura İcraçı Direktorun hesabatını nəzərə aldı və Fondun vəsaitlərinin valyuta tərkibini 65% ABŞ dolları, 30% Avro və 5% Funt Sterlinq kimi nisbətlərdə təsdiq olunmasını tövsiyə etmişdir.


Baş Nazir A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri vəzifəsinə seçildi.

Xəbərlərə abunə ol