Dövlət Neft Fondunun inzibati bina ilə təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında «Nizami» adına kinoteatrın yerləşdiyi binanın bir hissəsi Dövlət Neft Fondunun balansına verilmişdir.
Bu inzibati sahə uzun müddət ərzində müxtəlif ictimai və kommersiya qurumları tərəfindən istismar edilərək tam yararsız vəziyyətə gətirilmişdir.
Bununla əlaqədar, binada əsaslı təmir işlərinin aparılması və mühəndis kommunikasiya sistemlərinin, o cümlədən istilik və kondisionerləndirmə sistemlərinin yaradılması və liftin yenidən qurulması nəzərdə tutulmuşdur.
Əsaslı təmir işlərinin aparılması üzrə podratçı təşkilatların seçilməsi məqsədi ilə Azərbaycan Respublikasının «Dövlət satınalmaları haqqında» Qanununa uyğun olaraq, açıq tenderin keçirilməsi barədə qərar qəbul edilmiş və tender komissiyası yaradılmışdır. Komissiyanın tərkibinə Neft Fondunun əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadi İnkişaf və Mədəniyyət Nazirliklərinin, habelə Dövlət Tikinti və Arxitektura Komitəsinin nümayəndələri daxil edilmişdir. Ölkə mətbuatında müvafiq tender elanları dərc edilmişdir.
25 dekabr 2002-ci il tarixində üç lot üzrə keçirilmiş tenderə təqdim olunmuş təklif zərflərinin açılış mərasimi keçirilmişdir (tenderdə iştirak etmiş iddiaçıların siyahısı və verdikləri təkliflərin məbləğləri əlavə olunur).
Tender komissiyasının yekun protokoluna əsasən, hər üç lot üzrə ən əlverişli təkliflər vermiş «Kapitol» şirkəti tenderin qalibi hesab edilmiş və Azərbaycan Respublikasının «Dövlət Satınalmaları haqqında» Qanununa uyğun olaraq onunla müvafiq müqavilələr bağlanılmışdır.
Tenderdə iştirak etmiş iddiaçılar və onların tender təklifləri haqqında məlumat.
LotN1. Ümumtəmir-tikinti işləri
İddiaçının adı | Tender təklifinin məbləği | Tutduqları yer | |
1 | «Kapitol» şirkəti (Azərbaycan) | 1.462.131,7 | I |
2 | «Azərkəndtikinti» Səhmdar cəmiyyəti (Azərbaycan) | 1.597.193,0 | II |
3 | BŞİH-in «Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti» (Azərbaycan) | 1.690.327,0 | III |
4 | «MAQ» LTD şirkəti (Azərbaycan) | 1.750.162,0 | |
5 | «CCCo» LTD şirkəti Azərbaycan) | 1.790.679,0 | |
6 | «A+A» şirkəti (Azərbaycan) | 1.935.666,0 |
Lot-2. İstilik təchizatı, kondisionerləndirmə və ventilyasiya
İddiaçının adı | Tender təklifinin məbləği | Tutduqları yer | |
1 | «A+A» şirkəti (Azərbaycan) | 375.401,0 | I* |
2 | «Kapitol» şirkəti (Azərbaycan) | 365.774,6 | II |
3 | «Bakond» şirkəti (Azərbaycan) | 464.802,0 | III |
4 | «2M Mühəndislik» şirkəti (Azərbaycan) | 601.064,9 |
* Birinci yeri tutmuş «A+A» şirkətinin müqaviləni imzalamaqdan imtinasını nəzərə alaraq, qalib ikinci yeri tutmuş «Kapitol» şirkəti hesab edilmişdir.
Lot-3. Lift qurğusunun yenidən qurulması
İddiaçının adı | Tender təklifinin məbləği | Tutduqları yer | |
1 | «Kapitol» şirkəti (Azərbaycan) | 171.500,0 | I |
2 | «Lifttəmir» İstehsalat Birliyi (Azərbaycan) | 219.000,0 | II |
3 | «İnfotek» şirkəti (Azərbaycan) | 393.145,7 | III |