oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-in 2002-ci ildə maliyyə fəaliyyətinin auditi «Ernst ənd Yanq» şirkəti tərəfindən həyata keçiriləcəkdir

19 Mar 2003 11:00:00

ARDNF-in 2002-ci ildə maliyyə fəaliyyətinin auditi «Ernst ənd Yanq» şirkəti tərəfindən həyata keçiriləcəkdir

19 Mar 2003 11:00:00

Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, Fondun 2002-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatının auditorunun seçilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq, təkliflər sorğusu üsulu ilə açıq və rəqabətli müsabiqə proseduru keçirilmişdir. Müsabiqənin keçirilməsinə dair müvafiq elan verilmiş, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün nüfuzlu beynəlxalq auditor şirkətlərinə müsabiqədə iştiraka dair dəvətlər göndərilmişdir. Nəticədə, müsabiqədə «Ernst ənd Yanq», «Deloyt ənd Tuş» və «Praysuoterhauskupers» şirkətləri iştirak etmiş, «KPMG» və «Mur Stefen» şirkətləri isə mövcud texniki imkanlarınin məhdudluğu səbəbindən müsabiqədə iştirakdan rəsmən imtina etmişlər.

Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və texniki təkliflərinin qiymətləndirilməsi nəticəsində «Ernst ənd Yanq» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2002-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatının auditoru təyin edilmişdir.

İddiaçıların maliyyə təklifləri (ƏDV və digər xərclər daxil olmaqla) aşağıdakı kimi olmuşdur:

«Ernst ənd Yanq» - 86 730 000 manat;
«Deloyt ənd Tuş» - 247 056 600 manat;
«Praysuoterhauskupers» - 155 986 560 manat;

Xəbərlərə abunə ol