Azərbaycan Respublikası Prezidenti cənab H. Əliyev 2003-cü il 27 yanvar tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2003-cü il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq 2003-cü ildə Fondun gəlirləri 1,219,516 milyon manat, xərcləri 1,217,755 milyon manat məbləğində nəzərdə tutulur.
Neft Fondunun 2003-cü ildə gəlirləri aşağıdakı daxil olmalar hesabına formalaşır:
No. | Gəlir mənbələri | Gəlirlərin məbləgi |
1 | Azərbaycan Respublikasının payına düşən xam neftin satışından əldə edilən gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə) | 735 000 |
2 | Bonus ödənişləri | 326 873 |
3 | Akrhesabı ödənişlər | 46 975 |
4 | Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı | 2 400 |
5 | Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir. | 45 868 |
6 | Digər gəlirlər və daxilolmalar. | 62 400 |
Cəmi: | 1 219 516 |
Neft Fondunun 2003-cü il xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
No. | Xərc istiqamətləri | Xərclərin məbləği |
1 | Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli «Erməni millətçilərinin apardıgı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında», 2001-ci il 07 sentyabr tarixli 577 nömrəli «Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işqalı nəticəsində Ağdam və Fizuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məgburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında» və 2002-ci il 13 may tarixli 700 nömrəli «Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında» Fərmanlarının icrası ilə baglı xərclər | 136 417 |
2 | Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 576 000 |
3 | Azərbaycan respublikası 2003-cü il dövlət büdcəsinə transfert | 500 000 |
4 | Fondun idarə edilməsi ilə bağlı xərclər | 5 338 |
Cəmi: | 1 217 755 |
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və Büdcə qaydaları ilə nəzərdə tutulmuş prosedurlara
uyğun olaraq həyata keçirilmişdir