oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycandakı hasilat şirkətlərinin hesabatlarına Deloyt ənd Tuş şirkəti rəy verəcək

20 Dec 2004 11:00:00

Azərbaycandakı hasilat şirkətlərinin hesabatlarına Deloyt ənd Tuş şirkəti rəy verəcək

20 Dec 2004 11:00:00

2004-cü il dekabrın 20-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il Sərəncamı ilə yaradılmış Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

İclas zamanı içərisində audit şirkətlərinin təklifləri olan bağlı və möhürlü zərflər Memoranduma uyğun olaraq Seçim Qrupunun fəaliyyətinə təşkilati və maddi-texniki dəstək göstərən Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim olunmuşdur. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim Qrupunun üzvləri Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqə keçirmişlər.

Müsabiqənin keçirilməsinə dair müvafiq elan verilmiş, Azərbaycan Respublikasında fəaliyyət göstərən 4 nüfuzlu beynəlxalq auditor şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir. Nəticədə, müsabiqədə "Deloyt ənd Tuş", "Ernst ənd Yanq""Praysuoterhauskupers" şirkətləri iştirak etmiş, Mur Stefens Azərbaycan şirkəti isə müsabiqəyə qatılmamışdır.

Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və texniki təkliflər qiymətləndirilmiş və Seçim Qrupunun qərarına uyğun olaraq, Deloitte&Touche şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi müsabiqənin qalibi elan olunmuşdur. Müsabiqədə 2-ci yeri Ernst&Young, 3-cü yeri isə PriceWaterHouseCoopers şirkəti tutmuşdur.

Xəbərlərə abunə ol