Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2005-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2006-cı ildə Fondun gəlirləri 807 842,6 min YM(yeni Azərbaycan manatı), xərcləri 954 287,7 min YM nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2006-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:
2004-cü il dekabrın 11-də Dövlət Neft Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anma mərasimi keçirlimişdir.
Neft Fondunun İcraçı Direktoru Samir Şərifov mərasimdə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində və müstəqilliyin bərqərar olmasında dahi şəxsiyyətin müstəsna xidmətləri barədə danışmışdır. O, Azərbaycanın uğurlu neft strategiyasının banisi olmuş Heydər Əliyevin 5 il əvvəl 1999-cü il dekabrın 29-da neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsi fəlsəfəsini əsas tutaraq xüsusi Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunu yaratdığını mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. S.Şərifov Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın transmilli layihələrdə fəal iştirak etməsilə regionun ən nüfuzlu dövlətinə çevrilməsindən və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri layihələrinin ölkənin cografi-siyasi əhəmiyyətini artırmasından söz açmışdır.
Mərasimdə Heydər Əliyevin xatirəsinə həsr edilmiş xüsusi guşə və heykəlin açılışı olmuşdur.