oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Komissiya Şəffaflıq Təşəbbüsü üzrə sənədlər paketini ratifikasiya etmişdir

09 Nov 2004 11:00:00

MHŞT üzrə Komissiya Şəffaflıq Təşəbbüsü üzrə sənədlər paketini ratifikasiya etmişdir

09 Nov 2004 11:00:00

2004-cü il oktyabrın 27-də Mineral Entiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)üzrə Komissiyanın növbəti iclası keçirilmişdir. İclasda MHŞT-nin Azərbaycan Respublikasında həyata keçirilməsi prosesinin hazırkı mərhələsi, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan xarici və yerli şirkətlərin, eləcə də qeyri-hökumət təşkilatlarının yaratdığı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Komissiya tərəfindən təklif olunmuş MHŞT-nin Azərbaycanda tətbiqi mexanizminə maraq göstərməsi və bu prosesdə iştirakı müzakirə olunmuşdur.

MHŞT üzrə Komissyanın sədri cənab S.Şərifov Təşəbbüsün Azərbaycanda həyata keçirilməsi üzrə tərəf müqabilləri (MHŞT üzrə Komissiya, QHT-lər Koalisiyası vəxarici və yerli şirkətlər) arasında bu prosesdə tərəflərin hüquq və öhdəliklərini tənzimləyən çərçivə sənədinin razılaşdırılması barədə məlumat vermişdir. O bildirmişdir ki, «Qarşılıqlı Anlaşma Memorandum»u adını alan bu sənədlə eyni zamanda xarici və yerli şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişlərinə və Azərbaycan Respublikası hökumətinin xarici və yerli şirkətlərdən daxilolmalarına dair hesabat formaları Tərəflər arasında razılaşdırılmışdır.

Komissiya üzvləri sənədləri müzakirə etmiş və onların MHŞT-nin sədri tərəfindən imzalanmasını məqsəduyğun hesab etmişlər.

Xəbərlərə abunə ol