Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2004-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun gəlirləri 819,8 milyard manat, xərcləri 625,4 milyard manat təşkil etmişdir.
Ötən doqquz ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 819,8 milyard manat, o cümlədən mənfəət neftinin satışından 677,8 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 47,7 milyard manat, bonus ödənişlərindən 7,9 milyard manat, akrhesabı ödənişlərdən isə 6,3 milyard manat təşkil etmişdir. Xarici şirkətlərdən alınmış aktivlərdən əldə edilən gəlir isə 2,3 milyard manata bərabər olmuşdur. Doqquz ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 77,8 milyard manat gəlir əldə edilmişdir.
2004-cü ilin doqquz ayı ərzində Neft Fondunun 2004-cü il büdcəsinin icrası, habelə vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 15,7 milyard manat Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin, 36,4 milyard manat Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 488,0 milyard manat isə dövlət büdcəsinə transfer edilmişdir. Ötən dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 51,7 milyard manat, o cümlədən aparatın saxlanılması ilə bağlı xərcləri 2,3 milyard manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri isə 49,4 milyard manat olmuşdur. Cari ildə dövlət büdcəsinə köçürülmüş vergilərin miqdarı 33,6 milyard manat təşkil etmişdir.
2004-cü il yanvarın 01-nə 4 trilyon 15,0 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuş Fondun vəsaiti 2004-cü il sentyabr ayının 31-nə 4 trilyon 209 milyard manat (təqribən 857.7mln. ABŞ dolları) təşkil etmişdir.