oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2004-cü il yanvar-iyun aylarında gəlir və xərclər barədə açıqlama )

22 Jul 2004 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2004-cü il yanvar-iyun aylarında gəlir və xərclər barədə açıqlama )

22 Jul 2004 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2004-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun gəlirləri 550,3 milyard manat, xərcləri 452, 4 milyard manat təşkil etmişdir.

Ötən altı ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 508,2 milyard manat, o cümlədən mənfəət neftinin satışından 461,7 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 32,3 milyard manat, bonus ödənişlərindən 7,9 milyard manat, akrhesabı ödənişlərdən isə 6, 3 milyard manat təşkil etmişdir. Aktivlərdən əldə edilən gəlir isə 0,9 milyard manata bərabər olmuşdur. Altı ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 41,2 milyard manat gəlir əldə edilmişdir.

2004-cü ilin altı ayı ərzində Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 N-li, 07 sentyabr 2001-ci il tarixli 577 N-li və 13 may 2002-ci il tarixli 700 N-li Fərmanlarının, habelə Neft Fondunun 2004-cü il büdcəsinin icrası üzrə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 9,5 milyard manat Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında ödənilmiş, 40,6 milyard manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 299,0 milyard manat dövlət büdcəsinə transfer edilmişdir. Ötən dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 70,3 milyard manat, o cümlədən aparatın saxlanılması ilə bağlı xərcləri 1,3 milyard manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri isə 69,0 milyard manat olmuşdur. Cari ildə 2003-cü ilin nəticələrinə görə dövlət büdcəsinə köçürülmüş mənfəət vergisinin miqdarı 33, 0 milyard manat təşkil etmişdir.

2004-cü il yanvarın 01-nə 4 trilyon 15,0 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuş Fondun vəsaiti 2004-cü il iyun ayının 31-nə 4 trilyon 113 milyard manat (təqribən 838,5 mln. ABŞ dolları) təşkil etmişdir.

Xəbərlərə abunə ol