oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şəffaflıq Təşəbbüsü ilə bağlı məsələlər Xəzər neft və qaz-2004 konfransında müzakirə edilmişdir

07 Jun 2004 11:00:00

Şəffaflıq Təşəbbüsü ilə bağlı məsələlər Xəzər neft və qaz-2004 konfransında müzakirə edilmişdir

07 Jun 2004 11:00:00

Xəzər neft və qaz-2004 11-ci Beynəlxalq sərgi-konfransınin Xəzər bölgəsinin regional inkişafı - beynəlxalq dövlətlərarası təşkilatların rolu, strateji məqsədləri, bölgə və yerli iqtisadiyyata təsiri mövzusunda bölməsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru, Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT) üzrə komissiyanın sədri Samir Şərifovun sədrliyi ilə iyunun 3-də öz işinə başlamışdir.

Cənab Şərifov əsas məruzə ilə çıxış edərək xalqın rifahının yüksəldilməsi və yoxsulluğun aradan qaldırılması üçün respublikada faydalı tədbirlər görüldüyünü, bu məqsədlə Neft Fondunun yaradıldığını və onun gəlirlərinin idarə edilməsində maksimum şəffaflığa nail olmaq üçün səy göstərildiyini bildirmişdir. O, Azərbaycanın beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Prezident İlham Əliyevin göstərişi ilə MHŞT üzrə xüsusi komissiya yaradıldığını, neft gəlirlərindən necə və hansı məqsədlə istifadə edildiyi barədə məlumatların vaxtaşırı ictimaiyyətə çatdırıldığını, eyni zamanda, iqtisadiyyatın digər sahələrində də bu prinsipin əsas meyar kimi tədricən tətbiq olunacağını vurğulayıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou öz çıxışında digər ölkələrlə müqayisədə Azərbaycanın Şəffaflıq Təşəbbüsünü həyata keçirməkdə nəzərəçarpacaq irəliləyiş əldə etdiyini vurğulayıb. Bu sahədə Azərbaycanın aparıcı rol oynadığını deyən səfir ölkə hökumətinin və xarici şirkətlərin ödənişlərlə bağlı hesabatları dərc etdirmək barədə razılığa gəldiklərini qeyd edib.

Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə idarəsinin aparıcı iqtisadçısı Kristian Petersen Azərbaycanın neft gəlirlərinin idarə olunması sahəsində bu günədək əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini və Azərbaycanın bu istiqamətdə uğur qazanmış az sayda ölkələrdən biri olduğunu qeyd edib.

Avropa Enerji Xartiyası Katibliyinin baş katibi xanım Ria Kemper də öz çıxışında Azərbaycan hökumətinin neft gəlirlərinin idarə olunması sahəsində şəffaflığın təmin edilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirdiyini göstərmişdir.

Sessiyada Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təbii resurslar üzrə baş bankiri xanım Şarlott Filipps, Dünya Bankı Qrupunun neft, qaz, dağ-mədən sənayesi və kimyəvi maddələr üzrə departamentinin məsləhətçisi Yakov Vroekpaujsen və digər şəxslər də çıxış edib və neft və qaz layihələrinin şəffaflığı və ardıcıllığı,energetika sahəsində beynəlxalq əməkdaşlıq, qaz yanmasının azaldılması üzrə qlobal standartlar, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının perspektivləri, ölkənin neft sənayesində fəaliyyət göstərən bir sıra xarici şirkətlər və birgə müəssisələrin gördüyü işlər barədə müzakirələr aparılıb.

Xəbərlərə abunə ol