oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ABŞ və Böyük Britaniya liderləri Azərbaycan Prezidentini Şəffaflıq Təşəbbüsü sahəsində nailiyyətlərə görə təbrik etmişlər

07 Jun 2004 11:00:00

ABŞ və Böyük Britaniya liderləri Azərbaycan Prezidentini Şəffaflıq Təşəbbüsü sahəsində nailiyyətlərə görə təbrik etmişlər

07 Jun 2004 11:00:00

2004-cü il iyunun 1-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004 XI beynəlxalq sərgi və konfransı öz işinə başlamışdır.

Konfransın açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev giriş nitqində neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə edilməsinin vacib olduğunu vurğulayaraq qeyd etmişdir: Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır. Bilirsiniz ki, Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Artıq bir ildən çoxdur ki, bu məsələ ilə ciddi məşğuluq və Böyük Britaniya Baş nazirinin təşəbbüsünü dəstəkləyirik. Deyə bilərəm ki, bölgədə Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, bu təşəbbüsdə çox fəal iştirak edir. Bu, bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər səmərəli işləsin və hər bir Azərbaycan vətəndaşı bunu öz gündəlik həyatında hiss etsin.

Bakıda ənənəvi neft və gaz konfransının keçirilməsi ilə əlaqədar olaraq dünyanın bir çox inkişaf etmiş ölkələrinin liderləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlamışlar. ABŞ Prezidentinin məktubunda son il müddətində Azərbaycanın əsas enerji inkişafına Bakı-Tbilisi-Ceyhan neft kəmərində işlərin yarısından çoxunun tamamlanması və Avropa bazarlarının Azərbaycan təbii qazı üçün açılması ilə yanaşı Azərbaycan Neft Fondu vasitəsilə enerji gəlirlərinin idarə olunmasında şəffaflığın artmasının daxil olduğu qeyd edilir.

Böyük Britaniyanın baş naziri Toni Bleyerin məktubunda isə neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsilə bağlı Azərbaycanın qazandığı uğurların Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır.

Cənab Bleyerin məktubunda bildirilir ki, o, həm Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT) üzrə Milli Komissiyanın Bakıdakı şirkət və ictimai təşkilatlarla görüşləri haqqında məlumatlardan, həm də bu ilin aprel ayında Londonda keçirilmış təqdimatdan çox məmnun qalmışdır. O, bütün bunları Azərbaycanın Prezidentinin MHŞT sahəsində atdığı çox önəmli addımlar kimi qiymətləndirərək Azərbaycanın təkcə özünün deyil, eləcə də bütün region dövlətlətinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Xəbərlərə abunə ol