oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Böyük Britaniya hökuməti Azərbaycanın neft gəlirlərinin şəffaflığı sahəsində nailiyyətlərini yüksək qiymətləndirir

27 Apr 2004 11:00:00

Böyük Britaniya hökuməti Azərbaycanın neft gəlirlərinin şəffaflığı sahəsində nailiyyətlərini yüksək qiymətləndirir

27 Apr 2004 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov Böyük Britaniyaya səfəri zamanı 2004-cü il 21 aprel tarixində bu ölkənin xarici işlər üzrə dövlət naziri cənab Uilyam Ramel ilə görüşmüşdür. Görüş zamanı cənab Şərifov 2003-cü il iyunun 17-də Londonda keçirilmiş Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu konfransında cənab İlham Əliyevin başçilıgı ilə iştirak edən nümayəndə heyətinin həmin konfransda bu təşəbbüsə qoşulduğunu bəyan etməsi və ötən ilin noyabr ayında Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən verilmiş sərəncam [bax] əsasında təşəbbüsün həyata keçirilməsi üçün ölkə nazirliklərinin nümayəndələrinin təmsil olunduğu milli komissiyanın yaradılması və indiyədək gördüyü işlər barədə Britaniya rəsmisinə məlumat vermişdir.

Cənab Ramel Azərbaycan hökumətinin MHŞT sahəsində əldə etdiyi nailiyyətlərin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. U.Ramel eyni zamanda 2004-cü il aprelin 20-də Londonda Britaniya və Norveçin hökumət nümayəndələri, neft şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün Azərbaycan hökumətinin təşkil etdiyi brifinqən xəbərdar olduğunu və belə təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd etmişdir.

Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT) üzrə komissiyanın sədri S.Şərifov Azərbaycanın Şəffaflıq Təşəbbüsü sahəsində kifayət qədər təcrübə topladığını vurğulamış və bunun bütün iştirakçılar üçün faydalı olduğunu bildirmişdir.

Görüş zamanı Azərbyacanın Şəffaflıq Təşəbbusu sahəsində pilot ölkə olduğunu nəzərə alaraq, digər ölkələrin və şirkətlərin də təşəbbüsə qoşulmasının yolları və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edlimişdir.

Xəbərlərə abunə ol