oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşgul olan şirkətlər üçün hazırladığı hesabat formasının QHT nümayəndələrilə müzakirəsi keçirilib

05 Apr 2004 11:00:00

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşgul olan şirkətlər üçün hazırladığı hesabat formasının QHT nümayəndələrilə müzakirəsi keçirilib

05 Apr 2004 11:00:00

Aprelin 5-də Azərbaycan Respublikası Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT) üzrə komissiyanın sədri,Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun sədrliyilə Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat forması layihəsinin yerli və xarici geyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkə səfirliklərinin və xarici və milli şirkətlərin nümayəndələrilə birgə müzakirəsi kecirildi.

Görüşə dəvət almış xarici və yerli təşkilatların nümayəndələri Azərbaycanın MHŞT-ə qoşulmasını və bu istiqamətdə atılan addımlardan biri kimi hesabat formalarının geyri-hökumət təşkilatları və xarici şirkətlərlə, eləcə də xarici hökumətlərin təmsilçilərilə müzakirəsini alqışladıqlarını bildirdilər.

Hesabat formalarının artıq Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin nümayəndələrilə martın 18-də müzakirə olunduğunu xatırladan komissiya sədri QHT-lərin bu prosesə xüsusi marağı nəzərə alındığı üçün onların müzakirələrə dəvət edildiyini vurğuladı. Cənab S.Şərifov Azərbaycanda digər mineral ehtiyatlarına dair sahələrdə hal-hazırda fəaliyyət olmadığından yalnız neft və qaz hasilatı ilə məşgul olan şirkətlərin hesabat verməli olduğunu qeyd edərək hesabat formalarının hər birinin doldurulma qaydaları barəsində görüş iştirakçılarına izahat verdi. QHT nümayəndələrindən birinin hesabat formalarında hasilatın miqdarı barədə məlumat verilməsinə dair təklifnə cavab olaraq komissiya sədri bildirdi ki, hasilatın miqdarı barəsində məlumatlar həm statistik toplularda, həm də xarici şirkətlər tərəfindən dərc edilir, hesabat formaları isə beynəlxalq səviyyədə tanınmış sənədlər olduğu üçün onlara hər hansı dəyişiklik edilməsini məqsəduyğun saymır. Bu fikir xarici şirkətlərin nümayəndələri tərəfindən də təsdiq olundu.

Müzakirələrin sonunda GHT nümayəndələrindən ibarət qrupun yaradılması və bu qrupun hesabatların doldurulmasında üçüncü tərəf kimi öz təkliflərini MHŞT üzrə komissiyaya və xarici şirkətlərə təqdim etməsi qərara alındı. Qrupun yaradılması və hansı QHT nümayəndələrinin bu qrupda təmsil olunması məsələsinin həlli QHT-lərin özlərinə həvalə olundu. Xarici şirkətlərin nümayəndələri və komissiya sədri tərəfindən xüsusi olaraq vurğulandı ki, üçüncü tərəflə bağlı seçim müstəqil olmalıdır və hesabatda qeyd olunan ödənişlərə dair hesablamar aparmaq üçün texniki imkanlara malik təşkilatların nümayəndələrinin seçilməsinə diqqət yetirilməlidir.

Müzakirələrdə Commonwealth Oil&Gas Company, Conoco-Phillips, Salyan Oil LTD, UNOCAL, Exon Mobil, Turkish Petroleum, ITOCHU Oil Exploration, British Petroleum şirkətlərinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri təmsil olunublar. Bundan başqa müzakirələrdə milli və xarici GHT-lətin, o cümlədən Açıq Cəmiyyət İnstitutunun, Şəffaflıq Azərbaycan təşkilatlarının təmsilçiləri, Norveçin Azərbaycandakı səfiri cənab Steynar Gil, Böyuk Britaniyanın Azərbaycandakı səfirliyinin Neft-Gaz, Ticarət və Yatırım Attaşesi, eləcə də, MHŞT üzrə komissiyanın üzvləri də iştirak ediblər.

Xəbərlərə abunə ol