2004-cü il martın 30-da Azərbaycan Respublikası Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT) üzrə komissiyanın sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin Mədən Hasilatı Sənayesi üzrə müşaviri Sefton Darbini gəbul etmişdir. Komissiyanın sədri tərəfindən ilk növbədə komissiyanın keçirdiyi iclaslar, yerinə yetirilmiş işlər, Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişləri ilə baglı hazırlanmış hesabat formaları və onların doldurulması üçün təlimatlar barədə və eləcə də mədən hasilatı sahəsində çalışan milli və xarici şirkətlər ilə bu formaların müzakirəsinə həsr edilmiş 18.03.04 tarixli görüşə dair ətraflı məlumat verildi.
Görüşdə eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən milli və xarici şirkətlərin hökümətə ödənişləri sahəsində şəffaflığın təmin edilməsinə böyük diqqət yetirildiyini nəzərə alaraq, bu təşkilatların da Təşəbbüsə qoşulmaları məsələsi və bu qoşulmanın formaları ilə bağlı fikir mübadiləsi aparıldı. Komissiyanın sədri bu məsələyə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayaraq, Azərbaycanda Təşəbbüslə bağlı həyata keçiriləcək prosesdən ixtisaslaşmış QHT-lərin kənarda qalmaması və bu təşkilatların da aktiv iştirakının təmin edilməsi məsələsinə xüsusi önəm yetirildiyi və bununla bağlı artıq konktret işlər görüldüyü bildirdi. Əlavə edildi ki, bu istiqamətdə atılan ən mühüm addımlardan biri kimi, yuxarıda qeyd edilən hesabat formalarını müzakirə etmək məqsədi ilə 2004-cü ilin 5 aprel tarixində geniş görüş keçirilməsi nəzərdə tutulur və bu görüşə mədən hasilatı sahəsində çalışan milli və xarici şirkətlər ilə bərabər MHŞT-nin əhatə etdiyi sahələrə daha yaxın olan qeyri-hökümət təşkilatlarının nümayəndələri dəvət edilmişlər və QHT-lərin Təşəbbüsə cəlb edilməsi prosesi bundan sonra da inkişaf etdiriləcəkdir. Cənab Şərifov Britaniya rəsmisini bazar ertəsi QHT nümayəndələri və xarici şirkətlərin iştirkaı ilə bazar ertəsi keçiriləcək müzakirələrə dəvət etdi.
Göruşdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Neft, Gaz və Yatırım Attaşesi Kris Qotç da iştirak etmişdir.
2003-cü il iyunun 17-də Londonda keçirilmiş Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu konfransında Azərbaycan Prezidenti İlham Əliyevin başçilıgı ilə iştirak edən nümayəndə heyəti həmin konfransda bu təşəbbüsə qoşuldugunu bəyan edib. Prezidentin tapşirigi əsasında ötən ilin noyabr ayinda Nazirlər Kabineti tərəfindən verilmiş sərəncamla təşəbbüsün həyata keçirilməsi üçün ölkə nazirliklərinin nümayəndələrinin təmsil olunduğu milli komissiya yaradılıb.