2004-cü ilin 24 fevral tarixində Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın ikinci iclası keçirilmişdir.
İclasda Təşəbbüslə bağlı hesabat formalarının layihələrinə baxıldı. Komissiyanın üzvlərinə təqdim edilmiş mədən hasilatı sənayesində ölkə hökümətinin əldə etdiyi daxilolmalar barədə vahid ümumölkə hesabatı formasının, milli şirkətlərin ölkə hökümətinə ödənişləri, habelə xarici şirkətlərin ödənişləri barədə fərdi hesabat formalarının layihələri ətrafında müzakirələr aparıldı. Hesabatların quruluşuna, habelə bu hesabatlarda əks olunmalı xarici və milli şirkətlərdən hökümətə ödənişlərin siyahısına dair komissiyanın üzvləri tərəfindən verilən təkliflər və iradlar nəzərə alınaraq, hesabatların ilkin variantı müəyyən edildi. Qərara alındı ki, qeyd olunan formalara dair Komissiya üzvlərinin son rəyləri alındıqdan sonra, hesabatlar, təsdiq edilmiş formatda, məlumatların toplanılması üçün mineral ehtiyatların hasilatı ilə məşğul olan müvafiq dövlət qurumlarına və şirkətlərə göndəriləcəkdir.