oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2005-ci il büdcəsində dəyişikliklər edildi

29 Dec 2005 11:00:00

Dövlət Neft Fondunun 2005-ci il büdcəsində dəyişikliklər edildi

29 Dec 2005 11:00:00
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2005-ci il üçün büdcəsində dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə uyğun olaraq cari ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinin tikintisi ilə bağlı xərclərin artmasını nəzərə alaraq və bu artımın Azərbaycan Respublikasının həmin layihədəki iştirak payına düşən hissəsinin Neft Fondu tərəfindən maliyyələşdirilməsini təmin etmək məqsədi ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinin maliyyələşdirilməsi ilə bağlı Fondun 2005-ci il üçün büdcə xərcləri 105 milyard manatdan 205 milyard manata qədər artırıldı.

Xəbərlərə abunə ol