oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Milli Məclis Neft Fondunun 2006-cı il büdcəsini təsdiq etmişdir

26 Oct 2005 11:00:00

Milli Məclis Neft Fondunun 2006-cı il büdcəsini təsdiq etmişdir

26 Oct 2005 11:00:00
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Dövlət Neft Fondunun 2006-cı ildə gözlənilən gəlir və xərcləri (Fondun idarə edilməsi ilə bağlı xərcləri istisna olmaqla) 2006-cı il üzrə icmal dövlət büdcəsi layihəsinə daxil edilmiş və 2006-cı il dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edildikdən sonra 2005-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir.

2006-cı ildə Neft Fondunun büdcəsində gəlirlərin 807, 8 miliyon YM (yeni Azərbaycan manatı) təşkil edəcəyi gözlənilir. O cümlədən, mənfəət neftinin satışından gəlirlərin 684 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 13,5 milyon manat, bonus ödənişlərindən 67, 5 milyon manat, akrhesabı ödənişlərdən isə 7,4 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bundan başqa, Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 35, 3 milyon manat, digər gəlirlər və daxilolmalar isə 0,1 milyon manat həcmində təsdiq olunmuşdur.

Fondun 2006-cı ildə xərcləri ümumilikdə 950,3 milyon manat olmaqla, dövlət büdcəsinə transfertlər 585 milyon manat məbləğində nəzərdə tutulur. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və onların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə 110,3 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyəşdirilməsinə 38 milyon manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə yeni su kəmərinin çəkilişinə 90 milyon manat, Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 37 milyon manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşmasına 90 milyon manat ayrılması nəzərdə tutulur.

Fondun 2006-cı ildə idarə edilməsi ilə bağlı (3,9 milyon manat həcmində) xərclər layihəsi Neft Fondunun Müşahidə Şurasına təqdim edilmiş və Şurada baxıldıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcəkdir
.

Xəbərlərə abunə ol