Azərbaycan Respublikasının Dövlət Neft Fondu maliyyə təşkilatları tərəfindən göstərilən depozitar xidmətlərin cəlb edilməsi məqsədilə «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender (bundan sonra “tender”) elan edir.
Tenderin əsas məqsədi Fondun vəsaitlərinin saxlanılması, Neft Fonduna və onun vəsaitlərinin idarə edilməsinə cəlb edilmiş xarici menecerlərə alqı-satqı əqdlərinin bağlanması prosesində və onların icrasında yardım, kastodial hesabatlar komplektinin təqdim edilməsi üzrə beynəlxalq kastodial xidmətlər göstərə bilən maliyyə təşkilatının seçilməsidir.
Bununla əlaqədar tender təklifləri vermək istəyən, uzunmüddətli öhdəliklər üzrə kredit reytinqi «AA-» (Standard ənd Purz, Fiç) və ya «Aa3» (Mudiz) reytinqindən aşağı olmayan maliyyə təşkilatları (bundan sonra «iddiaçılar») Tenderin Əsas Şərtlər Toplusunu (bundan sonra «TƏŞT») almaq üçün 2005-ci il sentyabrin 20-i yerli vaxtla saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna faks və ya elektron poçt vasitəsilə tenderdə iştirak etmək marağını əks etdirən ərızə təqdim etməlidirlər.
TƏŞT tenderdə iştirak etmək marağını göstərilən müddətədək bildirmiş iddiaçılara 2005-ci il sentyabrin 27-dək təmənnasız çatdırılacaqdır.
TƏŞT almış iddiaçılar tenderdə iştirak etmək uçün tender təkliflərini 2005-ci il oktyabrın 26-ı yerli vaxtla saat 15.00-dək AZ1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.
Tender prosedurları (zərflərin açılması) Bakı şəhəri, Bülbül prospekti 20 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasında 27 oktyabr 2005-ci il tarixdə, yerli vaxtla saat 11.00- da başlanacaqdır.
TƏŞT və tenderlə bağlı digər məsələrə aid əlavə məlumatları almaq üçün iddiaçılar Azərbaycan Respublikası Dövlət Neft Fondunun əlaqələndirici şəxsləri ilə 4905842, 4905732 nömrəli telefonlar və yaoffice@oilfund.az(mövzu:depozitar xidmətlər) ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondunwww.oilfund.azsaytında tanış olmaq olar.