oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Böyük Britaniya hökuməti Azərbaycanın Şəffaflıq Təşəbbüsünü həyata keçirən ilk ölkə olmasını yüksək qiymətləndirir

26 May 2005 11:00:00

Böyük Britaniya hökuməti Azərbaycanın Şəffaflıq Təşəbbüsünü həyata keçirən ilk ölkə olmasını yüksək qiymətləndirir

26 May 2005 11:00:00
2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsi istifadəyə verilməsi münasibətilə Sənqəçal terminalında təntənəli mərasim keçirilmişdir. Müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndələri mərasimdə iştirak etmiş və ilk neftin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə vurulması ilə bağlı təbriklərini ifadə etmişlər. Mərasimdə çıxış edən Böyük Britaniyanin kral ailəsinin üzvü, York hersoqu Şahzadə Endryu Azərbaycanın Britaniya hökuməti tərəfindən irəli sürülmüş Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü həyata keçirən ilk ölkə olduğunu xüsusi qeyd etmişdir: “Azərbaycan neft hasil edən ölkələr arasında dünyada ilk olaraq hasilat sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Bu da ölkədə neftdən əldə olunan gəlirlərin idarə edilməsində, şəffaflığın təmin olunmasında öz rolunu oynayacaqdır”. York Hersoqu bildirmişdir ki, Birləşmiş Krallıq bu baxımdan Azərbaycanın gələcəyi ilə bağlı planlarını çox yüksək səviyyədə görür və inanır ki, Azərbaycan gələcəkdə demokratik, tərəqqi edən güclü dövlətə çevriləcəkdir. “Məncə, heç kim buna şübhə etmir ki, Azərbaycan gələcəkdə daha böyük nailiyyətlər əldə edə biləcəkdir. Mən əmin etmək istəyirəm ki, Birləşmiş Krallıq bu işlərdə həmişə sizin tərəfinizdə olacaqdır.”

BTC-nin Azərabaycan hissəsinin istismara verilməsi ilə bağlı dünyanın aparıcı ölkələrinin liderlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı təbrik məktublarında da neft gəlirlərinin səmərəli istifadəsi istiqamətində Azərbaycan rəhbərliynin atdığı addımlar yüksək qiymətləndirilir.

Böyük Britaniyanın baş naziri Toni Bleyerin cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir ki, neft və qaz layihələrinin həyata keçirilməsi və onların gətirəcəyi gəlirlər Azərbaycana, Azərbaycan xalqına və bütün regiona böyük imkanlar açılmasına potensial zəmin yaradır. Britaniya liderinin məktubunda Azərbaycanın Britaniya hökuməti tərəfindən irəli sürülmüş Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü həyata keçirmiş ilk ölkə kimi əldə etdiyi uğurlar xüsusi vurğulanır: “Ötən ilin dekabr ayında Sizin Londona rəsmi səfəriniz zamanı mənə bu məsələləri müzakirə etmək imkanı qismət oldu. Həmin vaxtdan etibarən, Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü həyata keçirən dünyada ilk neft hasil edən ölkə oldu. Mən Sizi və rəhbərlik etdiyiniz hökuməti bu münasibətlə təbrik etmək istəyirəm”.

Cənab Bleyerin məktubunda həmçinin Azərbaycanın neft gəlirlərinin idarə olunmasında şəffaflığın ölkənin gələcək inkişafına davamlı töhfə verəcəyi bildirilir.

Xəbərlərə abunə ol