oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə ilk hesabat dövrünün nəticələrinə dair toplantı keçirilmişdir

06 Apr 2005 11:00:00

MHŞT üzrə ilk hesabat dövrünün nəticələrinə dair toplantı keçirilmişdir

06 Apr 2005 11:00:00

6 aprel 2005-ci ildə Mineral Ehtiyatların Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memoranduma imza atmış MHŞT üzrə Hökumət Komissiyası, xarici və yerli hasilat (neft və qaz) şirkətləri və “Mədən Sənayesində Şəffaflığın Artırılması” (qeyri-hökumət təşkilatları) Koalisiyası nümayəndələrinin, habelə Deloyt ənd Tuş audit şirkətinin təmsilçilərinin iştirakı ilə MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinin ilk hesabat mərhələsinin nəticələrinə həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov tərəfindən MHŞT-nin Azərbaycanda tətbiqi prosesinin ilk mərhələsinin yekunlarına dair təqdimat verilmiş, Deloyt ənd Tuş şirkətinin rəy verdiyi hesabatlara aydınlıq gətirilmişdir. Audit rəyləri ilə bağlı QHT Koalisiyasının verdiyi bəyanata toxunan S. Şərifov bu bəyanatın həqiqətdən uzaq olduğunu və bu barədə MHŞT üzrə Komissiyanın mövqeyinin yerli mətbuatda açıqlandığını xatırlatmışdır.

Görüş zamanı hökumətin və hasilat şirkətlərinin MHŞT üzrə hesabatlarına dair QHT nümayəndələrinin suallarına cavab verilmiş, Memorandum tərəflərinin rəyləri dinlənmişdir.

Komissiya sədri tərəfindən QHT Koalisiyası nümayəndələrinin suallarına cavab verilərək sübut olunmuşdur ki, QHT Koalisiyasının bəyayantında səslənmiş auditor şirkətinin rəylərinin yalnız Hasilatın Pay Bölgüsü sazişləri üzrə işləyən şirkətlərin fəaliyyətini əhatə etməsi və Azərbaycanın neft-qaz ehtiyatlarının istismarından 2003-cü və 2004-cü (ilk 6 ayı) illərdə ölkəmizin əldə etdiyi gəlirlərin yalnız bir hissəsi haqqında məlumat açıqlanması, yəni ARDNŞ-in fəaliyyətnin əks etdirilməməsi barədə fikirlər tamamilə yanlışdır.

Daha sonra MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinin 2-ci hesabat mərhələsinin başlanması ilə əlaqədar olaraq fikir mübadiləsi aparılmışdır.

Xəbərlərə abunə ol