oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

05 Jan 2005 11:00:00

ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir

05 Jan 2005 11:00:00
2005-ci il yanvarın 5-də Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri çənab Artur Rasizadənin sədrliyi ilə Möşahidə Şurasının növbəti iclası kecirilmişdir. İclasda Fondun 2005-ci il üçün büdcə layihəsi, onun investisiya portfelinə daxil olan vəsaitin valyuta tərkibinin təmin edilməsi, Fondun vergi statusu ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Büdcə Sistemi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fondun bütün gəlirləri və xərcləri (əməliyyat xərcləri və vəsaitlərin idarə edilməsi ilə bağlı xərclər istisna olmaqla) ölkənin icmal büdcəsinə daxil edildiyindən, Müşahidə Şurası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2005-ci il ücün dövlət icmal büdcəsi cərcivəsində Neft Fondunun 1 078, 0 milyard manat məbləğində gəlirlərin və 1 057, 0 milyard manat məbləğində xərclərin təsdiq olunduğunu nəzərə alaraq, icmal büdcəsinə daxil edilməmiş Neft Fondunun İcracı Direktorunun təqdim etdiyi Fondun idarə edilməsi ilə bağlı xərclər layihəsinə baxmışdır. 2005-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətlərini qacqınların və məcburi köckünlərin sosial-məişət problemlərinin həlli ilə bağlı tədbirlərin (202,0 milyard manat), Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ( 105, 0 milyard manat) və dövlət büdcəsinə transfert (750,0 milyard manat) təşkil edəcəkdir. Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərin (vəsaitlərin xarici menecerlər tərəfindən idarə edilməsinə görə idarəetmə haqları ilə bağlı xərclər daxil olmaqla) 15,8 milyard manat olması nəzərdə tutulur.

Müşahidə Şurasının iclasında Neft Fondunun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərclərə dair fikir mübadiləsi aparıldı. Bu xərclərin yaranmasını şərtləndirən Fondun vəsaitinin valyuta tərkibinin diversifikasiyası üzrə qəbul edilmiş siyasətin icrasına uyğun olaraq, əksər hissəsi ABŞ dollarında olan daxilolmaların müəyyən edilmiş nisbətlərdə digər valyutalara çevrilməsi ilə bağlı, Neft Fondu, beynəlxalq maliyyə bazarlarında valyuta mübadilə məzənnələrinin dəyişkənliyi ilə əlaqədar olaraq özündən asılı olmayan səbəblər üzündən əhəmiyyətli miqdarda yenidən qiymətləndirmə (məzənnə fərqi) ilə bağlı xərclərə məruz qala bilər. Sözügedən xərclər faktiki icra olunmayan xərclər kimi Neft Fondunun valyuta aktivlərinin beynəlxalq alıcılıq qabiliyyətinə real təsir göstərməsə də, beynəlxalq muhasibat uçotu standartlarına uyğun olaraq Fondun balansında öz əksini tapmalıdır. Müşahidə Şurası qeyd edilən xərclərin dəqiq proqnozlaşdırılmasını qeyri-mümkün olduğunu nəzərə alıb, onların Fondun büdcəsində əks etdirilməsini məqsədəuyğun hesab etməmiş və yenidən qiymətləndirmənin nəticəsinə uyğun olaraq, fakt üzrə büdcədənkənar xərclər kimi nəzərə alınması barədə qərar qəbul etmişdir.

İclasda həmçinin, Fondun investisiya portfelinin valyuta strukturu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

İclasda daha sonra, Neft Fondunun vergi statusu, xüsusilə də Fondun mənfəət vergisi və ödəmə mənbəyində tutulan vergilərin ödənilməsindən azad olunması ilə bağlı məsələ müzakirə olundu və bu məsələyə dövlət büdcəsi layihəsinin baxılması prosesində qayıdılması məqsədəuyğun sayıldı.

Müşahidə Şurası yekunda Fondun 2005-ci il ücün büdcə layihəsini, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərini (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələrini, habelə Fondun vəsaitlərinin idarə edilməsi və büdcə qaydalarına dəyişikliklərin edilməsini məqbul hesab etdi və onların təsdiq olunmaq ücün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını tövsiyə etdi.

Baş Nazir, cənab A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri secildi.

Xəbərlərə abunə ol