S Ə R Ə N C A M
N 363 Bakı şəhəri, “ 30 “ noyabr 2006 il
1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 noyabr tarixli 224 nömrəli sərəncamının 1-ci bəndi ilə yaradılmış Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyanın aşağıdakı yeni tərkibli təstiq edilsin:
Komissiyanın sədri
Mövsümov Şahmar Arif oglu - Dövlət Neft Fondunun icraçı direktoru
Komissiyanın üzvləri:
İbrahimov Rafael Tofiq oğlu - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri
Səlimov Rauf Ağaməmməd oğlu - Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat və rabitə statistikası şöbəsinin müdiri
Fətizadə Zaur İntiqam oğlu - Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi
Nəsirov Elşad Mustafa oğlu - Dövlət Neft Şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti
Qasımov Nizami Yunis oğlu - İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdirma departamentinin fiksal və monetar siyasəti sektorunun müdiri
Hacikərimov Qazi İbadulla oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi
Xəlilov Firdovsi Ələsgər oğlu - Maliyyə Nazirliyinin Milli Iqtisadiyyatın maliyyəsi şöbəsinin yanacaq-energetika kompleksinin maliyyəsi sektorunun müdiri
Muradov Feyzulla Məzahir oğlu - Sənaye və Energetika Nazirliyinin İnvestisiya siyasəti və sənaye müəssisələrinin yenidən qurulmasi şöbəsinin regional inkişaf sektorunun müdiri
Şıxəliyev Əşrəf Fərxad oğlu - Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşliq və inkişaf idarəsinin rəisi
Bu sərəncam imzalandiği gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rəsi-zadə