Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş dekabrın 8-də Azərbaycan Respublikasının ABŞ-yə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini Ağ evdə qəbul edərkən Azərbaycanda aparılan iqtisadi və siyasi islahatları dəstəklədiyini bildirmişdir. AzərTAC-ın məlumatına görə, ABŞ-ın Azərbaycanla dostluğunu yüksək qiymətləndirən Corc Buş bildirmişdir.
“Bakı-Tbilisi-Ceyhan neft kəmərindən gələn gəlirlərin şəffaf şəkildə paylanmasını təmin etmək üçün milli Neft Fondu yaradan Azərbaycan digər resurslarla zəngin ölkələrə nümunə ola bilər”. ABŞ Prezidenti ölkəmizin Avropaya enerji dəhlizində təchizatçı və tranzit dövlət kimi rolunun artacağına inandığını bəyan etmişdir.